SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Anım günü
17.01.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbi ilə birgə 1990-cı ilin 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar ”Şanlı tarix dolu qan yaddaşımız” adlı anım tədbiri keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə MUK-un multimedia mütəxəssisi Səbinə Qasımova “Milli mübarizə yolunun şanlı səhifəsi” adlı məruzəsi ilə 1988-ci ildə respublikamızda baş vermiş məlum hadisələrin davamı olan və böyük fəlakətlə nəticələnən 20 Yanvar faciənin tarixi kökləri, baş vermə səbəbləri, acı nəticələri və tarixi mahiyyəti haqqında ətraflı məlumat verdi. Sonra o, tədbir iştirakçılarını qanlı hadisələri özündə geniş əks etdirən “Azadlığa gedən yolun zirvəsi” adlı kitab sərgisi ilə tanış etdi. Tədbir şagirdlərin 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılarla davam etdi. Anım tədbiri Səbinə Qasımovanın 20 Yanvar faciəsindən, imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşiliklərdən bəhs edən “İstiqlal mübarizəsinin şanlı qəhrəmanları” adlı videoçarxının nümayişi ilə sona yetdi.