SumgaitLibrary

+994 186520087


Səhərcik

13.01.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 4 saylı məktəbin şagirdlərinin iştirakı ilə “Şuşa ili” çərçivəsində “Yurdumuzun nur parçası” adlı səhərcik keçirildi. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin hər bir azərbaycanlının ürəyincə və ona böyük sevinc yaşadan tarixi xəbər olduğunu vurğulayaraq, bu möhtəşəm ilin tarixi əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin və musiqi ənənələrimizin beşiyi olan Şuşa şəhərinin təbii gözəllikləri, coğrafi mövqeyi, görkəmli xadimləri, sənət adamları haqqında qısa məlumat verdi. Sonra o, yazıçı Dilsuz Mustafayevin “Şuşa” nağılı əsasında ucadan oxu, sual-cavab, rəsm müsabiqəsi keçirdi. Qarabağın qızıl tacı Şuşaya, xarıbülbülə uşaq sevgisinin ifadəsi olan şeir töhfələrinə, rəsm işlərinə görə birincilərə kitabxana tərəfindən nağıl kitabları hədiyyə edildi.