SumgaitLibrary

+994 186520087


Sərgi

12.01.2022-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında ölkə başçısının 2022-ci ilin “Şuşa ili” edilməsi haqqında 5 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə kitab sərgisi təşkil edilmişdir. 53 adda kitab və jurnalın nümayiş etdirildiyi sərgi “Qarabağın qızıl tacı”, “Şuşanın sənət korifeyləri”, “Şuşalı ədiblər” başlıqlıqları altında qruplaşdırılmışdır. Sərgilərdə Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biri sayılan Şuşanın zəngin və şanlı tarixi keçmişi, təbii gözəllikləri, tarixi memarlıq abidələri, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimləri, sənət adamları, ədəbiyyat nümayəndələri, II Vətən müharibəsi zamanı 44 gün içərisində aparılan uğurlu əks- hücum əməliyyatları zamanı döyüşlərdə şəhid olmuş qəhrəmanlar haqqında kitab və dövri mətbuat materialları nümayiş etdirilmişdir.