SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

25.11.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanası tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Aşıq Ələsgər möcüzəsi” adlı ədəbiyyat saatı keçirilmişdir. Sürəyya Əbdürrəhmanova qeyd etmişdir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərləri Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.Sonda vurğulayıb ki, Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir.