SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.11.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş “Hər bir azərbaycanlının Prezidenti” adlı onlayn informasiya saatı keçirilmişdir.Sürəyya Əbdürrəhmanova İlham Əliyevin diplomatik, siyasi fəaliyyətinə nəzər salmış, qeyd etmişdir ki, zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir yumruqda birləşdiyini görürük. S. Əbdürrəhmanova xüsusilə vurğuladı ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli dövlətçiliyin möhkələndirilməsi üçün neft diplomatiyasından uğurla istifadə olunması, regional əməkdaşlıq məsələləri İlham Əliyevin böyük uğurunun təməl daşıdır.