SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

19.11.2021-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən 15 saylı məktəbdə Beynəlxalq Uşaq Hüquqlarıının Müdafiəsi Günü ilə əlaqədar “Qorunmaq üçün qoruyaq” adlı informasiya saatı keçirilmişdir. Tədbir 15 saylı məktəbin 8-ci sinfində keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə 20 noyabr Beynəlxalq Uşaq hüquqlarının Müdafiəsi günü haqqında ətraflı məlumat verərək bildirdi ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Buna görə də ailədə və cəmiyyətdə uşaqlara məhəbbətlə yanaşmalı, onların istedadının, qabiliyyətinin üzə çıxarılmasına şərait yaratmalı, hüquq və azadlıqlarının müdafiəsi, firavan həyatının təmin olunması üçün daim mühüm addımlar atılmalıdır.Sonra şagirdlərə uşaq hüquqları ilə bağlı müxtəlif suallar ünvanladı. Şagirdlər sualların cavablandırılmasında fəallıq göstərdilər.Tədbirdə “Hüquqlarımızı bilirikmi?” adlı sərgi nümayiş etdirildi.