SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

15.11.2021-ci il tarixində Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan Respublikası Prezidentinin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında 18 fevral 2021-ci il Sərəncamı ilə bağlı “Aşıq sənətinin korifeyi” adlı oxucu konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Mərkəzi kitabxananın metodisti Axundzadə Natəvan açaraq tədbir haqqında məlumat verdi. Tədbirdə kitabxana əməkdaşları “Aşıq Ələsgərin həyatı”, “Aşıq Ələsgər yaradıcılığında ictimai-siyasi qoşmalar”, “Aşıq Ələsgər yaradıcılığında vətənpərvərlik hissləri”, “Təbiət gözəlliyinin tərənnümçüsü”, “Aşıq Ələsgərin sözlərinə yazılmış musiqi əsərləri” mövzularda çıxışlar etdilər.