SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

07.11.2021-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Vətənin bəzəyi-Azərbaycan bayrağı” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Ofelya Qafarova açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Qeyd olundu ki, Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir