SumgaitLibrary

+994 186520087


Onlayn məruzə

22.10.2021-ci il tarixində Gənclər Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Yeni əsrin yeni lideri” adlı onlayn məruzə keçirilmişdir. Videoçarxda görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründəAzərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salınmış, qeyd edilmişdir ki, əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.