SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

12.10.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanası tərəfindən ədəbiyyatşünas alim, professor Abbas Zamanovun 110-cu ildönümü ilə əlaqədar “Müdrikliklə vicdanın harmoniyası” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda Abbas Zamanovun həyat və yaradıcılığı barədə danışılmış, qeyd edilmişdir ki, çətin və keşməkeşli həyat sürən alim vətənpərvər şəxsiyyət kimi formalaşıb, Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət edib, qətiyyətli mövqeyindən heç zaman dönməyib.