SumgaitLibrary

+994 186520087


Onlayn məlumat

27.09.2021-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası tərəfindən 27 sentyabr Anım Günü ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Tərlan Fətullayevin həyat və döyüş yolundan bəhs edən "Qısa ömrün əbədiyyəti" adlı videoçarx hazırlanmışdır. Videoçarxda 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsi, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə, eləcə də Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Tərlan Fətullayevin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolu haqqında məlumat verilmişdir.