SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.09.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanası tərəfindən Neftçilər günü ilə əlaqədar “Əsrə sığmayan “Əsrin müqaviləsi” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda Azərbaycan xalqının ümummilli lideri Heydər Əlyevin banisi olduğu bu möhtəşəm strategiyanın ölkəmizin tarixində tutduğu yerə aydınlıq gətirilmiş, qeyd edilmişdir ki, “Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı.