SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

18.09.2021-ci il tarixində Gənclər Kitabxanası tərəfindən Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevə həsr edilmiş "Azərbaycanın sənət günəşi-Müslüm Maqomayev” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə malik, çoxşaxəli sənətkar Müslüm Maqomayevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, qeyd edilmişdir ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilmişdir.