SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

03.09.2021-ci il tarixində Gənclər Kitabxanası tərəfindən Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin 70-ci ildönümü ilə əlaqədar “Sənətin solmayan portreti” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda Yaşar Nurinin yaradıcılığı haqqında söz açılmış, onun kimi sənətkarların ölməzliyindən bəhs edilmişdir. Qeyd edilmişdir ki,Yaşar Nurinin uzun illər ərzində həm teatr səhnəsində, həm də kinoda canlandırdığı bir-birindən maraqlı obrazlar əbədi olaraq xalqın yaddaşında, mədəniyyət tariximizdə yaşayacaq.