SumgaitLibrary

+994 186520087


Onlayn məlumat

01.09.2021-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən "Narkotik- şirin arzuların acı sonluğu" adlı videoçarx hazırlanmışdır. Videoçarxda narkotik maddələrin insanın mərkəzi sinir sistemini və digər vacib orqanlarını zəhərləyərək onların funksiyalarını, fəaliyyətini ciddi şəkildə pozmasından, tez bir zamanda özündən asılılıq yaratmasından söhbət açılır. Narkomaniyaya düçar olmuş şəxsin getdikcə ən yaxşı mənəvi xüsusiyyətlərini məhv edərək yaddaşını,dostlarını və ailəsini itirməsindən , cinayətkar aləmə cəlb olunmasından, ətrafdakılara bəlalar gətirməsindən və nəhayət özünü cismani cəhətdən məhv etməsindən bəhs olunur. Buna görə biz hamılıqla insanları, xüsusilə də gənclərimizi bu xoşagəlməz vərdişlərdən uzaqlaşdırmağa və genefondumuzu yad təsirlərdən qorumağa çalışmalıyıq.