SumgaitLibrary

+994 186520087


Onlayn məlumat

12.08.21-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən Azərbaycanın Xalq şairi Qabilin anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq “Qələmilə əbədiyyət qazanan şair” adlı videoçarx hazırlanmışdır. Videoçarxda qeyd olunmuşdur ki, Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan xalq şairi Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmişdir. Onun xalqımızın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir