SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

22.07.2021-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşı Abbasova Sabirə Milli Mətbuat və Jurnalistika günü münasibətilə “Mətbuat həyatın güzgüsüdür” adlı informasiya saatı keçirmişdir. O qeyd etmişdir ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Kitabxananın fondunda olan Mətbuatla bağlı ədəbiyyatların bəzilərinin virtual sərgisi də nümayiş olundu.