SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

22.07.2021-ci il tarixdə Gənclər Kitabxanasında Azərbaycan Milli Mətbuatı və Jurnalistikası Günü ilə əlaqədar “Sözün sərhədləri vicdandan keçir” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda görkəmli maarifpərvər alim Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda əsası qoyulan “Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximizdən söz açılmış, bildirilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.