SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

18.08.2021-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Quliyev Şəhriyar Nəsib oğlu haqqında videoçarx hazılanmışdır. Videoçarxda qəhrəman şəhidin döyüş yolu haqqında məlumat verilmiş, vurğulanmışdır ki, Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərmiş, Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır.