SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

15.07.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Sazın əbədiyyət yolu” adlı onlayn poeziya dəqiqələri keçirilmişdir. Videoçarxda ozan-aşıq sənətimizin görkəmli nümayəndəsi, aşıq sənətinin ən uca zirvəsində dayanan Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, “Çərçənbə günündə, çeşmə başında” şeiri səsləndirilmişdir.