SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

28.05.2021-ci il tarixində Gənclər Kitabxanasında 28 May Respublika Günü ilə əlaqədar “Dövlətçilik tariximizin parlaq səhifəsi” adlı onlayn informasiya saatı keçirilmişdir. Videoçarxda 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tam hüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu bildirib.O, Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasəti xarakterizə edir.