SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

26.05.2021-ci il tarixdə Gənclər kitabxanasında Azərbaycan Respublikasının xalq şairi, nasir, publisist Söhrab Tahirin 95-cı ildönümü iləəlaqədar “Cənubla Şimalın canlı körpüsü” adlı onlayn ədəbiyyat saatı keçirilmişdir. Videoçarxda şairin həyat və yaradıcılığından geniş söhbət açılmış, qeyd edilmişdir ki, Söhrab Tahir həqiqətən də böyük şairdir. Araz dərdini, bölünmüş Azərbaycan ağrısını sözlə ovudan, tarixi hadisələri dəqiqliklə, böyük məharətlə yazan qələm sahibidir. O, Pablo Neruda, Əziz Nesin kimi XX əsr dahiləri ilə bir sırada duracaq ədibdir. Söhrab Tahirin böyük romanlarla yanaşı, kiçik misraları da hikmətli kəlamlar kimi xalqımızın yaddaşında özünə yer edib. "İkiyə bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölə bilmirəm” misrası bölünmüş Azərbaycan dərdinin bu böyük insanda necə dərin iz qoyduğuna nümunədir.