SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

23.05.2021-ci il tarixidə Gənclər Kitabxanasında qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Saz-söz sənətimizin ulu çinarı” adlı onlayn ədəbiyyat saatı keçirilmişdir. Videoçarxda böyüməkdə olan gənc nəsli Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etmək məqsədi daşıdığı vurğulanmışdır. Qeyd edilmişdir ki, Aşıq Ələsgər aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək Azərbaycan ədəbiyyatına, habelə Türk dünyası aşıq sənətinə böyük töhfələr vermişdir.