SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

17.05.2021-ci il tarixində Sumqayıt Gənclər Kitabxanasında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Mənəvi sərvətlər xəzinəsi“ adlı onlayn ədəbiyyat saatı keçirilmişdir.Videoçarxda qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırılmış, qeyd edilmişdir ki, əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Söz dünyasının günəşi, hələ saglığında əsərləri möcüzə sayılan Nizami özü də yaradıcılığının dəyərini yaxşı bilmişdir. Dahi sənətkar bədii fikir tarixini insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət və. s. kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir.