SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

15.04.2021-ci il tarixində Gənclər Kitabxanasının əməkdaşı Sürəyya Əbdürrəhmanova tərəfindən görkəmli maarif xadimi və təkilatçısı Sultanməcid Qənizadənin anadan olmasının 155-ci ildönümü ilə əlaqədar “Azərbaycan mədəniyyəti tarixinə doğulan günəş” adlı onlayn ədəbiyyat saatı keçirilmişdir. Sürəyya Əbdürrəhmanovanın səsləndirdiyi və kitabxananın müdiri Sona Eminovanın tərtibat verdiyi videoçarxda Sürəyya Əbdürrəhmanova XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin müstəsna zəka və əməl sahiblərindən olub, milli maarif tanıma, milli azadlıq və dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmiş Sultanməcid Qənizadənin həyat və yaradıcılıq yoluna nəzər salmış, qeyd etmişdir ki, Sultanməcid Qənizadəninadı milli mədəniyyət və dövlətçilik tariximizə böyük maarifçi, bənzərsiz pedaqoq, əsl xalq müəllimi, məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və təşkilatçısı, dilçi-metodist alim, tanınmış ədib, yazıçı, mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi, ictimai, siyasi və dövlət xadimi kimi daxil olmuşdur.S. Əbdürrəhmanovabütün ömrü gərgin iş, pedaqoji, ədəbi, publisistika,ictimai və siyasi fəaliyyətdə keçən S. Qənizadədən 1937-ci ilin repressiyasının da yan keçmədiyini, xalq düşməni kimi həbs edilərək güllənləndiyini vurğulamışdır.