SumgaitLibrary

+994 186520087


Onlayn konfrans

14.04.2021-ci il tarixində Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları tərəfindən görkəmli şair,yazıçı,publisist Abdulla Şaiqin 140 illik yubileyi ilə əlaqədar olaraq onlayn konfrans keçirilmişdir. Tədbirin təşkilatçısı və aparıcısı Allahverdiyeva Səadət iştirakçılara Abdulla Şaiq haqqında ümumi məlumat verdi.Daha sonra kitabxananın əməkdaşları Sadıxova Ayna Abdulla Şaiq zirvəsi , Qurbanova Şeyda görkəmli şəxslərin, elm xadimlərinin Abdulla Şaiq haqqında dedikləri, İsayeva Ülviyyə gözəl hekayələr müəllifi, Haciyeva Mətanət Abdulla Şaiqin kitablarının xülasəsi, kitabxananın fəal oxucusu Allahverdiyeva Zəhra böyuk şəxsiyyət ,böyük vətənpərvər məruzələri ilə çıxış etmişlər.Konfransda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir neçə əməkdaşı və fəal oxucular da dinləyici kimi iştirak etdilər .Sonda MKS ın direktoru Yeganə xanım Əhmədova görkəmli ədib haqqında fikirlərini soyləyərək konfrans haqqında öz tövsiyyələrini vermişdir