SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

10.04.2021-ci il tarixində Gənclər Kitabxanasında mərhum aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 75-ci ildönümü ilə əlaqədar “Kinomuzun Ceyhun Mirzəyev məqamı” adlı onlayn informasiya saatı keçirilmişdir.Videoçarxda Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür və sənət yolundan bəhs edilmiş, qeyd olunmuşdur ki, mərhum sənətkarın 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlıdır. İlk rolu 11 yaşında “Görüş” filmində olub. On iki yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb. C.Mirzəyev “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün 100-dən artıq süjet çəkib.