SumgaitLibrary

+994 186520087


Onlayn məlumat

09.04.2021-ci il tarixində kitabxananın müdiri Ofelya Qafarova Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Nizami Gəncəvinin Xəmsə silsiləsi" adlı videoçarx hazırlamışdır. Videçarxda qeyd olunmuşdur ki, Nizami Gəncəvi öz ölməz beş poeması- "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", və İsgəndərnamə ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə", "Beşlik" adı altında birləşdirilmiş və bu adla da yaxın və Orta Şərq ədəbiyyatlarında məşhur olmuşdur. Təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq ədəbiyyatında humanist meyllərin intişarına səbəb olmuşdur.