SumgaitLibrary

+994 186520087


Onlayn məlumat

31.03.2021-ci il tarixdə Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tariximizin göz yaşı” adlı videoçarx hazırlanmışdır.Kitabxananın müdiri Sona Eminovanın tərtibat verdiyi videoçarxda son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı vətəcavüzkar siyasətinə məruz qalaraq azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması və müxtəlif bölgələrdə olan qırğınlar tarixi faklarla işıqlandırılmışdır.Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətə siyasi və hüquqi qiymət vermək imkanı yaratdığı qeyd edilmişdir.