SumgaitLibrary

+994 186520087


Onlayn konfrans

30.03.2021-ci il tarixdə S. Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları tərəfindən “Poeziya dünyasının dahisi” adlı onlayn konfrans keçirilmişdir. Tədbiri giriş sözü MKS-nin direktoru Yeganə Əhmədova açaraq Nizami ili haqqında iştirakçıları məlumtlandırmaqla qeyd etdi ki, mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Tədbirdə Natəvan Axundzadə vurğuladı ki,bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı yüz illərdir ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Tədbirdə kitabxananın əməkdaşlarından Həsənova Sima “Nizami yaradıcılığında mütərəqqi ideyalar”, Əliyeva Zülfiyyə “Nizami yaradıcılığında məhəbbət mövzusu”, Mirzəyeva Zemfira “Nizami irsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”, Rəsulzadə Müjgan “Nizaminin dünya ədəbiyyatındakı mövqeyi”, Hüsiyeva Təranə “Nizami yaradıcılığının kitabxanalarda təbliği”, Uşaq Kitabxana Klubun əməkdaşlarından Allahverdiyeva Səadət “Uşaqlar üçün böyük ədəbiyyat”, İsayeva Ülviyyə “Nizami obrazı və yaradıcılığı Azərbaycan rəngkarlığında” mövzularında məruzə etdilər. Sonda vurğulandı ki, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.