SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
25.02.2021-ci il tarixində Gənclər Kitabxanasının əməkdaşı Bağırova Rəhilənin Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Susmayan qan yaddaşı-Xocalı faciəsi” adlı onlayn informasiya saatı keçirmişdir. O, Xocalı faciəsinin xalqımızın yaddaşında qanla yazılmış bir faciə olduğunu bildirmişdir. Günahsız insanların başına gətirilən müsibətlərdən söz açan R.Bağırova qeyd etmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Sonda vurğulanmışdır ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.