SumgaitLibrary

+994 186520087


Videokonfrans

25.02.2021-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Unutmadıq, unutdurmayaq” adlı videokonfrans keçirdi. Faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova açaraq faciənin 29-cu ildönümü ilə əlaqədar çıxış etdi. O, vurğuladı ki, heç bir cinayət, xüsusilə də, insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları “Faciə baş verənə qədər olan şəhər”, “Xocalı faciəsi dünyanın gözü ilə” , “Xocalı qəhrəmanları” , “Xocalıya həsr olunmuş ədəbiyyatlar”, “Xocalı faciəsinin unudulmaması ilə bağlı kitabxanalarda təbliğ formaları” mövzularında məruzə etdilər. Sonda Yeganə xanım bütün iştirakçılara öz təşəkkürünü bildirdi.