SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

23.02.2021-ci il tarixində Gənclər Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Mənəvi sərvətlər xəzinəsi Nizami Gəncəvi” adlı onlayn ədəbiyyat saatı keçirilmişdir. Kitabxananın müdiri Sona Eminova qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açdığını, ölməz əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini vurğulamış, qeyd etmişdir ki, korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Videoçarx “Zəka Ocağı” Facebook səhifəsində yerləşdirilmişdir.