SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
21.02.2021-ci il tarixində Gənclər Kitabxanasında kitabxananın müdiri Sona Eminovanın təqdimatında 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə “Milli mənliyimizin təməl daşı" adlı onlayn informasiya saatının keçirilmişdir. Sona Eminova 21 Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıb. Bildirib ki,dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Ötən müddət ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, fərman və sərəncamlar bunun ən gözəl nümunələri sayıla bilər. S.Eminova qeyd edib ki, dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq.