SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.02.2021-ci il tarixində Gənclər Kitabxanasınnın multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanovanın təqdimatında Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkar, Xalq rəssamı Böyükağa Məşədi oğlu Mirzəzadənin 100-cü ildönümü ilə əlaqədar “Sənətinin böyük Ağası” adlı onlayn informasiya saatı keçirilmişdir. Sürəyya Əbdürrəhmanova sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, çoxşaxəli mövzu və janrlarından, portretlərdəki qəhrəmanlardan, əsərlərindəki kompozisiya qurluşundan söhbər açmışdır.