SumgaitLibrary

+994 186520087


Onlayn mühazirə

17.02.2021-ci il tarixində Gənclər Kitabxanasının fəal oxucusu Günel Zeynallının təqdimatında əslən azərbaycanlı alim, filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusinin 820-ci ildönümü ilə əlaqədar “Elm dünyasının şahı” adlı onlayn mühazirə keçirilmişdir. Günel Zeynallı Nəsirəddin Tusinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, N. Tusi dünyanın ensiklopedik zəkaya malik parlaq elm korifeylərindəndir. Tusinin böyük elmi dəyərə malik olan sosial-siyasi və hüquqi təlimi Azərbaycan xalqının, eləcə də müsəlman Şərqi xalqlarının ictimai-siyasi və hüquqi fikir tarixində özünəməxsus layiqli yer tutur. Yüzilliklər keçsə də, riyaziyyata, astrofizikaya, təbiətşünaslığa və eləcə də humanitar elmlər sahəsində mötəbər tədqiqat əsərlərinin səhifələrində N.Tusinin elmi müddəalarına istinad olunacaqdır.