SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Leyla Mahmudova Qələbənin 75 illiyi münasibəti ilə "Böyük Vətən müharibəsi milli kinomuzda" adlı informasiya saatı keçirmişdir.O əvvəlcə müharibənin törətdiyi fəsadlardan danışaraq bu faciəni özündə əks etdirən kinoların video təqdimatını etdi. Videorolikdə müharibənin arxa cəbhəsindən bəhs edən "Bizim Cəbiş müəllim", " Mən ki gözəl deyildim", "Skripkanın sərgüzəşti" eləcə də, müharibənin ön cəbhəsindən bəhs edən tank general mayoru Həzi Aslanova həsr olunmuş "Sizi dünyalar qədər sevirdim", "Bakıda küləklər əsir" adlı filmlər öz əksini tapmışdır.