SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

12.03.2020-ci il tarixində Gənclər kitabxanasında Novruz bayramı münasibətilə “Milli yaddaşımızın bayramı“ adlı sərgi (açıq qapı günü) keçirilmişdir.Sərgidə mövzu ilə əlaqədar kitab və dövrü mətbuat materialları nümayiş etdirilmişdir. Gün ərzində oxuculara bayram təbrikini çatdıran böyük mütəxəssis R.Bağırova vurğulayıb ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin bütün bölgələrində böyük təntənə ilə qeyd olunur. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən R.Bağırova bildirib ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Qeyd olunub ki, çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.