SumgaitLibrary

+994 186520087


Görüş

18.11.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi, Poeziya evində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatın təbliği ilə əlaqədar görüləcək işlərə dair Tədbirlər Planına uyğun olaraq AYB-nin Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanla “Ruhuma ruzidi mənim yazdığım...” adlı görüş keçirilmişdir.Tədbirdə uşaq şöbəsinin müdiri Y.Hüseynova iştirakçıları salamladıqdan sonra sözü aparıcı İ.Bağıyevaya verdi.O, iştirakçılara şair Sabir Sarvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.Sonra oxucular Sabir Sarvanın “Yollarım, arzularım”, “Altmışında gəlin kimi”, “Göndər”, ”Bəxtsiz balıqçı”, “Ömür hekayəsi”, “O qoca”, “Rahat yat” şeirlərini söylədilər. Tədbirdə həmçinin valideyn Şəlalə Bağıyevanın ifasında "Rəqqasə” şeri, balaca rəssam Ayan Ağayevanın şairin yubileyinə həsr etdiyi portreti, Surxay Abdullayevin sazda ifası, o cümədən, şairə Gülnarə Cəmaləddinin yubilyarla bağlı xatirələri böyük maraqla qarşılandı. Sonra söz şair Sabir Sarvana verildi. Şair oxucular üçün şeirlərindən söylədi və onların suallarını cavablandırdı.Tədbir oxucular tərəfindən maraqla qarşılandı.