SumgaitLibrary

+994 186520087


Bayraq günü

08.11.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində Dövlət Bayrağı günü münasibəti ilə “Dalğalansın bayrağım azad olsun torpağım” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan bayrağının zala gətirilməsi ilə başladı. Şöbənin müdiri Qələndərova Aidə oxuculara bildirdi ki, bayraq hər bir dövlətin azadlığını, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.Sonra oxucuların ifasında bayrağa aid şeirlər səsləndi.