SumgaitLibrary

+994 186520087


Kompozisiya

07.11.2016-cı il tarixində Nizami Gəncəvi adına Kitabxana klubda Dövlət bayrağı gününə həsr olunmuş “Bayraqlar arasında dalğalanan bayrağım” başlıqlı kompozisiya keçirilmişdir. Böyük kitabxanaçı Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı,bayraq günü ilə bağlı məlumat verdi. Sonra Dövlət bayrağı gününə həsr olunmuş videoçarx nümayiş olundu. Böyük kitabxanaçı Bəturə Lazımova ”Dalğalanan ulu bayraq” başlıqlı məruzə etdi. Sonra söz oxuculara verildi. Leyla, Xədicə, İlahə, Qurban, Cəmilə, Bahadur, Azər, Elmir,Kənan şairlərdən B.Vahabzadənin Ə.Cavadın, R.Yusifoğlunun, Z.Yaqubun, N.Hüseynovun,B.Azəroğlunun bayrağa həsr olunmuş şeirləri əsasında kompozisiya nümayiş etdirdilər. Tədbir oxucuların marağına səbəb oldu.