SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Sual-cavab gecəsi
15.10.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində xalq yazıçısı Mirzə İbrahimovun 105 illiyi ilə əlaqədar keçirdiyi “Mirzə İbrahimov kimdir?” adlı sual-cavab gecəsi keçirildi. Tədbirdə uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova xalq yazıçısı Mirzə İbrahimovun həyat və yaradıcılığından geniş bəhs etdi və görkəmli yazıçıya həsr olunmuş videoçarx izlənildi. Sonra iştirakçılara aşağıdakı sualları ünvanladı: 1.M.İbrahimovun hansı əsərlərini oxumusunuz? 2.Onun “Çobanın məsləhəti” hekayəsində nədən bəhs olunur? 3.”Gələcək gün” romanında hadisələr harada cərəyan edir? 4.Yazıçı uşaqlara aid əsərlərində əsasən hansı mövzulara toxunmuşdur? 5.Əsərlərinin tərbiyəvi əhəmiyyəti nədən ibarətdir? Oxucular sualların cavablandırılmasında fəallıq göstərdilər. Sonda iştirakçılara “Uşaqların sevimlisi” adlı sərgidəki kitab və dövrü mətbuat materialları haqqında geniş məlumat verildi.