SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

14.10.2016-cı il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar “Müstəqillik ən böyük sərvətimizdir"adlı ədəbi-bədii gecə keçrilmişdir. Tədbirdə 34 saylı tam orta məktəbin 4a və 3c sinfinin şagirdləri iştirak etmişdir. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Kitabxanaçı Hacıyeva Mətanət tədbir iştirakçılarını salamladı.Lazımova Bəturə “Müstəqilliyimiz əbədidir”adlı məruzə ilə çıxış etdi.Sonra isə müstəqilliklə bağlı videoçarx izlədilər . 4a və 3c sinfinin şagirdləri müstəqilliklə bağlı hazırladıqları şeirlərini söylədilər. Sonda Hacıyeva Mətanət “Müstəqil Respublikamız” başlıqlı sərginin xülasəsini verdi. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.