SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

05.10.2016-cı il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 15 saylı məktəbin 3-cü sinifində Beynəlxalq Müəllimlər günü ilə əlaqədar “Ən parlaq ulduzdu, nur saçan aydı” adlı şeir dəqiqələri keçirildi.Əvvəlcə kitabxanaçı G. Həsənova əlamətdar günlə bağlı geniş məlumat verərək müəllimləri təbrik etdi və onlara şərəfli işlərində uğurlar arzuladı. Sonra isə uşaqlardan Əhmədova Aytən,Abbasova Mərziyyə,Məmmədov Elman,Əliyeva Bənzər, Əlizadə Əli, Mehdizadə Müşgünaz,Nəsirov Anar müəllimlərə həsr olunmuş şeirlər soylədilər. Sonda sinif müəlliməsi Abbasova Həmayil belə tədbirlərin uşaqların nitq mədəniyyətinin, dünyagörüşünün formalaşmasında böyük təsiri olduğunu qeyd edərək kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi.