SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

01.10.2016-cı il tarixində İncəsənət şöbəsində Beynəlxalq Ahıllar Günü münasibətilə “Böyüksüz bir ev olmasın” adlı dəyirmi masa keçirildi. Tədbirdə kitabxanaçı Məhəmmədova Sevda bu günün tarixindən danışaraq bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Bu Qətnamənin prinsipinə əsasən, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Sonra söz yaşlı nəslin nümayəndələrinə verildi. Onların söylədikləri əhvalatlar, şeirlər, folklor nümunələrimaraqla dinlənildi. Oxucuların ifasında Ramiz Tapdığın “Qocalıq”, Rafiq Yusifoğlunun “Ahıllar” şeirləri səsləndi.