SumgaitLibrary

+994 186520087


Görüş

30.09.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana AYB-nin Sumqayıt şöbəsi ilə birlikdə Söz bayramı ilə əlaqədar Sumqayıtlı yazarlarla “Söz həmişə diridir” adlı görüş keçirdi. Görüşdə kitabxananın oxucuları və SDU-nun filologiya fakültəsinin tələbələri iştirak edirdi. Tədbirdə “Sumqayıt yazarların söz çələngi» adlı sərgi də nümayiş etdirilirdi. Tədbiri giriş sözü ilə MKS-in direktoru Yeganə Əhmədova açaraq Söz bayramı münasibətilə hamını təbrik etdi. Daha sonra AYB-nin Sumqayıt şöbəsinin sədri yazar Sabir Sarvan çıxış edərək vurğuladı ki, Söz bayramında Sumqayıtlı yazarların bir araya gəlməsi, duyğularını bölüşməsi əlamətdar hadisədir. Daha sonra AYB-nin üzvlərindən Qüdrət Muğanlı, Əşrəf Veysəlli, Məmməd Namaz, Süleyman Hüseynov, Rafiq Oday, Xürrəm Qafanlı və başqaları çıxış edərək öz yeni şeirlərini iştirakçılara ərməğan etdilər. Eyni zamanda həvəskar yazarlardan Elvin Əlizadə və filologiya fakültəsinin tələbəsi Həsrət Qəribov öz şeirlərini söylədilər. Sonda Yeganə xanım bütün iştirakçılara öz təşəkkürünü bildirdi.