SumgaitLibrary

+994 186520087


İnformasiya günü

26.08.2016-cı il tarixində Mərkəzi kitabxananın uşaq şöbəsinin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalı ilə əlaqədar “Qubar bağlayan ellərimiz” adlı informasiya günü keçirildi. Tədbir oxucuların ifasında Dövlət Himninin sədaları ilə başladı.Sonra kitabxanaçı G.Həsənova 1993-cü il 23 avqustda Füzuli, Cəbrayıl, 31 avqustda Qubadlı rayonlarının işğalından söhbət açaraq bildirdi ki, tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı,xalqımızın torpağa, Vətənə məhəbbətini, bu yolda ölümün gözünə necə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Ali Baş Komandanın dəfələrlə söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik.Bu gün məcburi köçkünlərimizin sınıq könüllərində gələcəyə ümid yaranması işğal altında olan torpaqlarımızın qaytarılması istiqamətində dövlətimizin başçısının qətiyyətli mövqeyi və apardığı siyasətlə əlaqədardır.Inanırıq ki, bu inam Böyük Qayıdışa yol açacaq, biz də Qələbə müjdəli soraqlarla didərgin soydaşlarımızı sevindirəcəyik.Sonra isə mövzu ilə bağlı videoçarx izlənildi.