SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

24.08.2016-cı il tarixdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəz kitabxananın uşaq şöbəsi Seyfəddin Dağlının 95 illiyi ilə əlaqədar keçirdiyi “Əbədi köhnə kişi” adlı şifahi məlumatlandırma keçirildi. Tədbirdə kitabxanaçı L.Muradova görkəmli yazıçının mənalı ömür yolundan geniş söhbət açdı.Sonra yaradıcılığından danışaraq ömrünün sonuna qədər satira və yumor cəbhəsinin sərrast atıcısı olmuş Seyfəddin Dağlının əsas hədəflərinin rüşvətxorlar, haramyeyənlər, xalqın dərdinə biganə, qayğılarına yad bürokratlar və neçə-neçə məsləksizlər olduğunu, onun əsərlərində olan incə yumor, baməzəlik, şirin zarafat, acı gülüş, eyham, kinayə, atmaca kimi hər cür söz sərraflığının xalq tərəfindən sevildiyini bildirdi. S.Dağlının kitablarının xülasəsi verildi.Tədbirin sonunda oxucular onun əsərləri haqqında öz dəyərli fikir- lərini söylədilər.