SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

24.08.2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi Kitabxana Sumqayıt şəhər Mədəniyyət evi ilə birlikdə açıq havada xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi ilə əlaqədar “Könlümü şeirə verdim” adlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə şəhər əhalisi iştirak edirdi. Burada təşkil edilən sərgidə Süleyman Rüstəmin həyat və yaradıcılığını əks etdirən kitablarla yanaşı Sumqayıtlı yazarların əsərləri, eyni zamanda müair Azərbaycan, xarici ölkə ədəbiyyatından nümunələr də nümayiş etdirilirdi. Tədbirin aparıcıları Türkan Mahmudova və Əlipaşa Paşayev giriş sözü ilə çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Tədbirdə şair Əvəz Mahmud Lələdağ çıxış edərək S.Rüstəmin yaradıcılığı haqqında öz fikirlərini söylədi. Bədii qiraətçi Gülbəniz Abbasovanın ifasında şairin “Ana və poçtalyon” şeiri alqışlarla qarşılandı. Tədbirdə eyni zamanda Sumqayıt şəhər Mədəniyyəti evinin “Xəyal” instrumental ansamblının solistləri Vüsalə Hüseynova, Elşən Quliyev, Mehdi Yusifzadə, Fidan Nağıyevanın ifasında S.Rüstəmin sözlərinə bəstələnmiş musiqi nömrələri dinlənildi. Tədbir boyu şəhər əhalisi sərgi ilə tanış oldular. Kitabxanalara yeni-yeni oxucuların cəlb edilməsində belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.