SumgaitLibrary

+994 186520087


Ekskursiya

27.07.2016-cı il tarixdə "Yumurcaq" Uşaq İnkişaf Mərkəzinin bir qrup müəllim və şagird heyəti Mərkəzi uşaq kitabxanasına ekskursiya etmişdir. Ekskursiya zamanı onlara kitabxananın yaranma tarixi, struktur bölmələri, kitabın, kitabxananın, mütaliənin insan həyatındakı rolu və əhəmiyyəti haqqında məlumat verilmiş, xalqımızın tarixi keçmişinə məxsus qədim əşyalarla, müxtəlif oyuncaqlar, nağıl qəhrəmanlarının maketləri, əl işləri ilə bəzədilmiş" nağıl guşəsi"ndə bir neçə nağılın ucadan oxusu keçirilmiş, səsli nağıllara qulaq asılmışdır.